• DÜNYA

    13:41 19 aprel 2019

Tbilisidə bank qarət olunub

Gürcüstanın paytaxtı Tbilisidə bankda soyğunçuluq hadisəsi baş verib.

ONA Apsny.ge-yə istinadən xəbər verir ki, soyğunçuluq hadisəsi “Liberty Bank”ın Suxişvili küçəsində yerləşən filialında baş verib.

Bildirilir ki, nəticədə iki nəfər yaralanıb. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları çalışır.

Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Cinayət Məcəlləsinin 179-cu - soyğunçuluq maddəsi ilə araşdırma başladılıb.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR