• DÜNYA

    04:14 20 dekabr 2020

Tbilisidə əl qumbarası ilə yaşayış binasını partladacağını deyən şəxs saxlanılıb

Gürcüstan polisi Tbilisidə yaşayış binasını əl qumbarası ilə partladacağını deyən şəxsi saxlayıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Rustavi 2” televiziya kanalı məlumat yayıb.

Əvvəlcə hadisənin ailə münaqişəsi səbəbindən baş verdiyi bildirilib.

Polis həmin şəxslə iki saatdan çox davam edən danışıqlardan sonra onu fikrindən yayındırmağa müvəffəq olub. Ərazi hüquq-mühafizə əməkdaşlarının nəzarətinə götürülüb. Media nümayəndələri üçün hərəkət məhdudlaşdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi hadisənin təfərrüatı barədə hələlik məlumat verməyib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR