• DÜNYA

    21:09 11 iyul 2019

Tbilisidə etiraz aksiyası bərpa edilib

Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası bərpa edilib.

ONA-nın yerli bürosu xəbər verir ki, sayca 22-ci olan mitinqdə tələblər dəyişməyib.

Etirazçılar daxili işlər naziri Giorgi Qaxariyanın iyunun 20-21-də baş verən hadisələrə görə məsuliyyəti üzərinə götürməsini və istefa verməsini tələb edirlər.

Paralel olaraq parlament binası qarşısında bir qrup etirazçı artıq 17 gündür ki, aclıq aksiyasını davam etdirir. Hazırda aksiyanın keçirildiyi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudiyyətsiz davam edir. Etirazçılar tələbləri yerinə yetirilənədək aksiyaya davam edəcəklərini bildiriblər.

Səid

Teqlər:

SON XƏBƏRLƏR