Tbilisidə etiraz aksiyaları bərpa olunub.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, parlament binasının qarşısına toplaşan nümayişçilər Rustaveli prospektində avtomobillərin hərəkətini tam məhdudlaşdırıblar.
Qeyd edək ki, nümayişçilər daxili işlər naziri Giorgi Qaxariyanın istefasını, iyunun 20-də həbs edilən nümayişçilərin azad edilməsini və 2020-ci ildə proporsional parlament seçkilərinin keçirilməsini tələb edirlər.