• DÜNYA

    01:52 17 avqust 2019

Tbilisidə eyvan uçub, 5 nəfər xəsarət alıb

Tbilisinin Şota Nişniadze küçəsində yerləşən yaşayış binasının ikinci mərtəbəsinin eyvanı uçub.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsindən məlumat verilib.

Məlumata əsasən, bədbəxt hadisə zamanı eyvanda olan 5 nəfər yüngül bədən xəsarətləri alıb. Onlardan 3-ü əcnəbi turistlərdir. Hadisə yerinə gələn xilasedicilər xəsarət alanları dağıntılar altından çıxarıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.

Səid

Teqlər:

SON XƏBƏRLƏR