• DÜNYA

    02:48 21 iyun 2019

Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyası dağıdılıb - FOTO

Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyası dağıdılıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, saat 01:30 radələrində əraziyə Daxili İşlər Nazirliyinin əlavə xüsusi təyinatlı polis dəstələri cəlb edilib.

Polis nümayişçilərin dağıdılması üçün xüsusi texnikadan və su şırnağından istifadə edib. Bundan sonra etirazçılar ətraf ərazilərə dağılmağa başlayıblar.
Hazırda parlamentin qarşısında nümayişçi qalmayıb. Ərazi polisin nəzarəti altındadır. Ətraf küçələrdə isə etirazçıların dağıdılması davam etdirilir.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Gavrilovun parlament sədrinin kürsüsündə əyləşərək toplantıya sədrlik etməsi etirazlara səbəb olub. O, bir müddət öncə Gürcüstanı reallıqla barışmağa, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımağa çağırıb.
S.Qavrilovun artıq ölkəni tərk etdiyi bildirilir.

Səid

Teqlər:

SON XƏBƏRLƏR