• DÜNYA

    01:30 24 iyun 2019

Tbilisidə yürüş başa çatıb - YENİLƏNİB

Tbilisidə keçirilən etiraz aksiyası hökümət administrasiyasına yürüş ilə başa çatıb.

ONA-nın yerli bürosu xəbər verir ki, Rustaveli prospektindən başlayan yürüşdə nümayişçilər Azadlıq meydanından keçərək hökumət administrasiyası binasının qarşısına gəliblər. Burada aksiyaçılar daxili işlər naziri Georgi Qaxariyanın istefasını, iyunun 20-də keçirilən nümayiş zamanı həbs edilənlərin azad edilməsini və proporsional şəkildə aksiyaçılara atəş açan hüquq mühafizə orqanları əməkdaşlarının cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, iyunun 24-də saat 14:00-da Tbilisidə yerləşən Birinci Respublika meydanından Daxili İşlər Nazirliyinədək avtomaşınlarla yürüş təşkil ediləcək. Nümayişçilər bildiriblər ki, tələbləri yerinə yetirilməsə, saat 19:00-da yenidən parlament binası qarşısında aksiya keçirəcəklər.

***

Saat 00:52

Tbilisidə keçirilən mitinq başa çatıb.

ONA-nın Gürcüstan bürosu xəbər verir ki, Parlament binasının önünə toplaşan nümayişçilər mitinq başa çatdıqdan sonra hökumət administrasiyasına doğru yürüyüşə başlayıblar.

Aksiya iştirakçılarının tələbləri dəyişməyib. Onlar Gürcüstan DİN rəhbəri Giorgi Qaxariyanın istefasını, iyunun 20-də həbs edilən nümayişçilərin azad edilməsini və 2020-ci ildə proporsional parlament seçkilərinin keçirilməsini tələb edirlər. Etirazçılar bildiriblər ki, tələbləri yerinə yetirilmədiyi təqdirdə sabah 19:00-da parlament binasının qarşısında mitinq yenidən bərpa ediləcək və eyni zamanda aclıq aksiyasına başlayacaqlar.

Qeyd edək ki, hazırda Tbilisidə güclü yağış yağır.

Səid

Teqlər:

SON XƏBƏRLƏR