Tbilisidə etirazçılar hakim "Gürcü arzusu" partiyasının sədri Bidzina İvanişvilinin biznes mərkəzinə doğru yürüşə başlayıblar.
ONA-nın yerli bürosu xəbər verir ki, yürüşün önündə gedən skuterli gənclər "Qalx və get!" şüarı yazılmış banner daşıyırlar.
Təşkilatçılar əvvəlcədən elan edilmiş yürüşün sakit keçəcəyini bildiriblər. Skuter sürücüləri də bu məqsədlə qoruyucu geyimlərini və dəbilqələrini çıxarıblar.