İranın Təbriz şəhərində zəlzələ baş verib.
ONA-nın İran bürosunun məlumatına görə, zəlzələ bu gün yerli vaxtla saat 3:27 dəqiqədə baş verib.
Zəlzələ 3.7 bal gücündə və yerin 10 kilometr dərinliyində qeydə alınıb. Zəlzələnin episentri Təbriz şəhərinin 7 kilometrində yerləşən Basmənc və Sərdrud bölgəsi olub.
Dağıntılar və xəsarət alanlarla bağlı məlumat verilməyib.