Təbrizli qadın dünya rekordunu yeniləyib.
ONA-nın Tehran bürosunun məlumatına görə, Təbrizdən olan 43 yaşlı Giti Musəvi 12 ton 270 kq ağırlığında yük maşınını 30 metr məsafəyə dartaraq qadınlar arasında dünya rekordunu təzələyib.
Qeyd edək ki, bundan öncə dünya rekordu avstraliyalı xanıma məxsus olub və onun rekordu 11 ton 350 kq olub.