• DÜNYA

    20:19 2 iyun 2019

Tehran -Ankara - Tehran  sərnişin qatarı  iyunun 22-də xəttə çıxacaq

Tehran -Ankara - Tehran sərnişin qatarı iyunun 22-dən istifadəyə veriləcək.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirnin müavini Səid Rəsuli keçirdiyi mətbuat konfransında deyib.
S.Rəsuli deyib ki, qatar həftədə bir dəfə Tehrandan Ankaraya və əksinə hərəkət edəcək.

Onun sözlərinə görə, bundan başqa İran və Türkiyə həftədə bir dəfə Tehran - Van və əks istiqamətdə qatarın hərəkət etməsi ilə bağlı razılıq əldə edib.

S.Rəsuli deyib kİ, İran və Türkiyə arasında yük qatarları üçün taarif haqqında razılıq əldə olunub. “Tehran- Van - Tehran Ankara qatar reysindən başqa iki ölkə arasında turizm qatarları da təşkil olunacaq.

O həmçinin iyunun 9-12-də İranda 152 daxili və 7 xarici işirkətin iştirakı ilə beynəlxalq dəmir yolu sərgisinin təşkil oluancağını deyib. Çin, Rusiya, Türkiyə və digər ölkələrdən bu sərgidə şirkətlər iştirak edəcək.

Süleyman

Teqlər:

SON XƏBƏRLƏR