• DÜNYA

    16:16 20 mart 2019

Tehranda əsgər və polislərə qumbara atılıb, yaralılar var

Ötən gün Tehranda polislərə və əsgərə əl qumbarası atılıb.

ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehranın polis rəisi general Hüseyn Rəhimi deyib.

H. Rəhimi deyib ki, iki motosikletlə hərəkət edən naməlum şəxslər Tehranın Narmək meydanında xidməti vəzifəsini yerinə yetirən polislərə əl qumbarası atıblar. Tehranın cənubunda da postda olan əsgərə əl qumbarası atılıb. Nəticədə iki polis və bir əsgər yaralanıb. Yaralı polislər və əsgər xəstəxanaya yerləşdirilib, durumları stabildir.

Təhlükəsizlik qüvvələri əl qumbarası atan şəxslərin axtarışını həyata keçirir.

Süleyman Fərzəliyev

Nurşən

Teqlər:

SON XƏBƏRLƏR