• DÜNYA

    10:11 13 mart 2019

Tehranda səfirlik əməkdaşına silahlı hücum olub

Tehranda səfirlik əməkdaşına silahlı hücum olub.

ONA-nın Tehran bürosunun məlumatına görə, hadisə ötən gün yerli vaxtla 16:45 də baş verib. Məlumata əsasən, silahlı şəxs motosikletdə hərəkətdə olarkən Pejo 206 markalı avtomobilin sərnişininə atəş açıb. Avtomobilin sərnişini sinəsindən aldığı xəsarətlə xəstəxanaya çatdırılıb.

Polis xəsarət alan şəxsin Avropa ölkələrindən birinin Tehrandakı səfirliyinin iranlı əməkdaşı olduğunu açıqlayıb. Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi ehtimal edilir.

Həmin şəxsin hansı səfirlikdə işlədiyi açıqlanmır.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR