• DÜNYA

    04:27 14 mart 2019

Telegraph: "Mey Brexit razılaşması və parlamentarilər üzərində nəzarəti itirib"

Böyük Britaniya hökumətinin üzvləri Birləşmiş Krallığın Avropa Birliyindən çıxması tarixinin daha iki ilə qədər ertələnməsi imkanlarını müzakirə edib.

ONA-nın verdiyi xəbərə görə, bu barədə “The Daily Telegraph” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, baş nazir Tereza Mey Nümayəndələr Palatasının üzvlərini gələn həftə Brüssellə əldə olunan əməkdaşlığın qorunmasının vacibliyinə əmin edə bilsə, Brexit minimum 30 iyuna qədər təxirə salına bilər.

“Brexit şərtlərinə dair razılaşma üçüncü dəfə rədd edilərsə, o zaman ölkənin AB-dən çıxması daha uzun müddət sürəcək”, - baş nazir belə deyib.

Nəşr yazır ki, Mey Brexit-lə bağlı vəziyyətə və lideri olduğu Mühafizəkarlar partiyası üzərində nəzarəti itirib. Belə ki, hökumətin 18 üzvü AB-dən danışıqlarsız çıxış imkanlarını məhdudlaşdırmaq üçün təklifə qarşı səs verməkdən birdəfəlik imtina edərək partiya intizamını pozub.

Çərşənbə günü isə Tereza Mey parlamentdə Brexit şərtlərinə dair Brüssellə razılıq layihəsi üzərində səsvermənin martın 20-də keçirilməsi təklifi ilə çıxış edib. Bundan əvvəlki iki səsvermədə parlamentarilər böyük fərqlə danışıqlar layihəsini “geri çevirib”. Belə davam edəcəyi təqdirdə Mey, Britaniyanın 23-26 may tarixlərində Avropa Parlamentinə səsvermələrdə iştirak etməli olacağını vurğulayıb. Ölkənin AB-nin tərkibindən çıxması məsələsi isə qeyri-müəyyən vaxta qədər uzanacaq.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR