Ukrayna prezidenti Vladimir Zelenski keçmiş həmkarı Leonid Kuçmanı Minsk razılaşması üzrə Təmas qrupunun Ukrayna üzrə nümayəndəsi təyin edib.
ONA-nın "Ukrinform"-a istinadən verdiyi xəbərə görə, bu barədə V.Zelenski mətbuat brifinqində deyib.
“Təmas qrupunun iyunun 5-də Minskdə baş tutacaq görüşündə Ukrayna nümayəndə heyətinə Leonid Daniloviç Kuçma rəhbərlik edəcək”,- deyə prezident bildirib.