Böyük Britaniyanın baş naziri Tereza Mey Breksit üzrə sazişi iyunda dördüncü dəfə parlamentə təqdim edəcək.
ONA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin sözçüsü bildirib.
"İyunun 3-dən etibarən həftə içində ölkənin Aİ-ni tərk etməsi bağlı müqavilə layihəsini parlamentə təqdim edəcəyik",- deyə o bildirib.
Qeyd edək ki, sənəd daha əvvəl 3 dəfə parlamentə təqdim olunsa da, təsdiqlənməyib.