• DÜNYA

    05:14 22 mart 2019

Tereza Mey Brexit-in tarixinin təxirə salınmasına etiraz edib

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkəsinin Avropa Birliyindən (AB) çıxması tarixinin ertələnməsi fikri ilə razılaşmır.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, o bunu Brexit-lə bağlı AB Sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, AB “bekstop” mexanizminin İrlandiya adasında tətbiq edilməsinin müvəqqəti xarakter daşıdığına dair hüquqi zəmanət verib.

“Bu mexanizmin tətbiqi zamanı cüzi şübhə doğuracaq məqamda belə parlament tam əmin edilməlidir ki, “bekstop” müvəqqəti xarakter daşıyır və bundan sonra Böyük Britaniya və Avropa Birliyi dərhal 2020-ci il dekabrın sonuna kimi “bekstop”un əvəzləyicisi kimi alternativ razılaşmalar üzərində işləyə biləcək”, - deyə Mey vurğulayıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR