Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”lə bağlı sazişi 4-cü dəfə səsverməyə çıxarmağı nəzərdən keçirir.
ONA BBC-yə istinadən xəbər verir ki, T. Mey aprelin 1-i Avropa İttifaqından çıxmaqla bağlı sazişi yenidən parlamentə qaytaracaq.
Qeyd edək ki, ötən gün Böyük Britaniya parlamenti Tereza Meyin təqdim etdiyi sazişi 3-cü dəfə rədd edib.