Böyük Britaniyanın baş naziri Tereza Mey “Brexit”in aprelin 12-dən iyunun 30-na kimi təxirə salınması ilə bağlı Avropa İttifaqına müraciət edib.
ONA-nın “The Independent”ə istinadən verdiyi məlumata görə, bununla bağlı baş nazir Aİ Şurasının prezidenti Donalt Tuska məktub ünvanlayıb. Tereza Mey vurğulayıb ki, təxirə salınma istəyi parlamentin Böyük Britaniyanın Aİ-dən razılaşmalı çıxmasına dair təklif olunan sənədi rədd etməsi ilə bağlıdır.
Qeyd edək ki, aprelin 10-da “Brexit”lə bağlı Aİ-nin fövqəladə sammiti keçiriləcək. Tereza Mey də sammitə qatılacaq.