Britaniya parlamentində Avropa Birliyi ilə “Brexit” şərtlərinin razılaşdırılmasına dair təkrar səsvermə martın 12-dək baş tutacaq.
ONA “Reuters”ə istinadən xəbər verir ki, bu haqda Böyük Britaniyanın baş naziri Tereza Mey jurnalistlərə açıqlamasında deyib.
O, həmçinin martın 29-da “Brexit”in nizamlı qaydada, London və Brüsselin də təsdiqləyəcəyi sazişin əldə olunması ilə baş tutacağına ümid etdiyini bildirib.
“Avropa Birliyindən sazişlə çıxmağımız hələ də realdır və biz hazırda bunun üzərində çalışırıq”, - deyə T.Mey vurğulayıb.