Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verib.
ONA-nın London bürosunun verdiyi xəbərə görə, T. Mey iyunun 7-də Mühafizəkarlar partiyasının sədrliyindən gedəcəyini açıqlayıb.
O, "Brexit”i icra edə bilmədiyi üçün kədərləndiyini ifadə edib.
Bu o deməkdir ki, T. Mey həm də baş nazir postunu tərk etməlidir. Bununla belə, o, partiyaya yeni lider seçilənə qədər baş nazir vəzifəsində qalacaq.
Yeni liderin seçimi rəsmi olaraq iyunun 7-dən başlayacaq, proses altı həftəyədək çəkə bilər.
Artıq bu posta əsas iddialı hesab olunan keçmiş xarici işlər naziri Boris Conson öz namizədliyini irəli sürəcəyini bəyan edib.