Böyük Britaniyanın baş naziri Tereza Mey Londonda NATO-nun baş katibi Yens Stoltenberqlə Rusiya və Çindən gələ biləcək təhlükələri müzakirə edib.
ONA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.
Meyin mətbuat katibinin sözlərinə görə, tərəflər alyansın qarşılaşdığı təhlükəsizlik məsələlərinə, eləcə də “Rusiyanın təzyiqi və Çinin kiberhücumu” cəhdlərinə də toxunub. Baş nazir NATO-nun diqqətini bu ölkələrə yönəldərək, “Britaniya təcrübəsi”ndən istifadə etməklə hərbi blok yaratmağı təklif edib.
Mey və Stoltenberq, həmçinin dekabrda Londonda baş tutacaq Şimali Atlantika ölkələri liderlərinin sammitinə hazırlıq məsələlərini də müzakirə edib.