• DÜNYA

    23:49 7 iyun 2019

Tereza Mey partiya sədri vəzifəsini tərk edib

Böyük Britaniyanın baş naziri Tereza Mey Mühafizəkarlar partiyasının sədri vəzifəsindən istefa verib.

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı Mey partiyanın rəhbər komitəsini məlumatlandırıb.

Bildirilir ki, T.Mey yeni baş nazir seçilənə qədər hələlik bu vəzifədə qalacaq. İyulun ikinci yarısında artıq yeni hökumət başçısının adının bəlli olacağı gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR