• DÜNYA

    16:21 26 mart 2019

Tereza Mey sabah istefa verəcəyi tarixi açıqlayacaq

Sabah Böyük Britaniyanın baş naziri Tereza Mey istefa verəcəyi tarixi açıqlaya bilər.

ONA-nın xəbərinə görə, bu barədə “Reuters” agentliyi adının çəkilməsini istəməyən britaniyalı parlamentara istinadən məlumat yayıb.

Baş nazir martın 27-də yerli vaxtla saat 17.00-da Mühafizəkar Partiyanın üzvlərini birləşdirən 1922-ci Komitənin iclasında çıxış edəcək. Böyük ehtimalla məhz bu iclasda T.Meyin baş nazir və partiya sədri postlarından istefa verəcəyi tarixi açıqlaması gözlənilir.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR