Mozambikin Tanzaniya ilə sərhədində yerləşən Palma liman şəhəri radikal islam terror silahlı birləşmələrinin nəzarətinə keçib.
APA “Frans Press”ə istinadən xəbər verir ki, hökumət qüvvələri geri çəkilməyə məcbur olub.
Bölgədə döyüşlərin davam etdiyi bildirilir. Şahidlərin ifadəsinə görə 100 nəfərdən ibarət terror qruplaşması tərəfindən çox sayda yerli sakin öldürülüb.
Qeyd edək ki, Palma və onun ətraf ərazilərində 50 min insan yaşayır. Terrorçuların hücumu zamanı sakinlərin əksəriyyəti şəhəri tərk edərək Mozambik və Tanzaniyanın cənub istiqamətlərinə üz tutublar.
Xatırladaq ki, Palma şəhərindən 10 kilometr məsafədə - Afrikanın cənubunda Fransanın “Total” enerji şirkəti regionun ən böyük təbii qaz emalı kompleksini inşa edir.