“İslam Dövləti” terror qruplaşmasının Homs vilayətinə hücumu nəticəsində azı 4 nəfər öldürülüb.
ONA-nın “SANA” agentliyinə istinadən yaydığı xəbərinə görə, hücumun qurbanları hökumət tərəfdarları olub.
Terrorçular Homs vilayətinin Əs-Savan bölgəsinə cənub-şərq səhralarından daxil olublar.
Hazırda "İD" tərəfdarları bu ərazidə bir neçə vahəyə nəzarət edirlər.