• DÜNYA

    04:44 4 avqust 2019

Texas qubernatoru atışmada ölənlərin dəqiq sayını açıqladı


Bazar günü jurnalistlərə açıqlama verən Texas ştatının qubernatoru Qreq Abbott bildirib ki, El Paso şəhərində baş verən atışma zamanı 20 nəfər ölüb.
APA “RİA Novosti”yə istinadla xəbər verir ki, şəhər polisinin rəhbəri Qreq Allen isə açıqlamasında 26 nəfərin yaralandığını deyib.
CBS4 telekanalında canlı yayımlanan mətbuat konfransında bildirilib ki, polis atışmada şübhəli bilinən bir nəfəri saxlayıb. Qeyd edilib ki, hadisənin motivləri hələ tam müəyyən edilməyib.
NBC kanalının məlumatına görə, saxlanılan şəxs 21 yaşlı Dallas ştatının sakinidir. El Pasodakı ticarət mərkəzinə edilən hücumdan əvvəl, o, öz Tvitter səhifəsində Yeni Zelandiyadakı məscidlərdə 50 nəfərin öldüyü və çox sayda insanın yaralandığı terror hücumunu dəstəklədiyini bildirən paylaşım etdiyi bildirilib.
Qeyd edək ki, şənbə günü Texas şatatının El Paso şəhərində yerləşən “Walmart” ticarət mərkəzində atışma olub.
İlkin məlumata görə, hadisə nəticəsində 20 nəfər ölüb, 30 nəfər yaralanıb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR