“Sheremetevo” hava limanındakı məlum qəzadan öncə Yunanıstan prezidenti Prokopis Pavlopulosun təyyarəsi bədbəxt hadisə ilə üzləşəcəkdi.
ONA-nın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, əlverişsiz hava şəraiti üzündən prezident səfərini təyyarə ilə başa vura bilməyib.
Hanya şəhərinə gedən prezident P.Pavlopulosun təyyarəsi Krit adasının qərbində yerləşən İraklion şəhərində məcburi eniş edib. O, səfərini avtomobillə davam etdirməli olub.
Qeyd edək ki, bir neçə gündür ki, Yunanıstanda güclü külək və qeyri-sabit hava şəraiti hökm sürür. Bu səbəbdən Afina və Hanya şəhərlərində bir neçə reys təxirə salınıb.