Tiflisdə hərbi parad keçirilir - [color=red]FOTO[/color]
  • DÜNYA

  • 12:26 26 May 2019

Tiflisdə hərbi parad keçirilir - FOTO

Gürcüstanın dövlət müstəqilliyinin 101-ci ildönümü münasibəti ilə Tiflisdə hərbi parad keçirilir.

ONA-nın Gürcüstan  bürosunun məlumatına görə, paradda Gürcüstan Prezidenti Salome Zurabişvili, Baş nazir Mamuka Baxtadze, Müdafiə naziri Levon İzoria, Baş Qərargah rəisi Vladimir Çaçibaia, eləcə də Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Türkiyə Müdafiə naziri Hulusi Akar, xarici ölkələrin diplomatik korpuslarının nümayəndələri iştirak edir.

Yubiley çərçivəsində gənc əsgərlərin andiçmə mərasimi də keçiriləcək.

OXŞAR XƏBƏRLƏR