Tiflis şəhərində gündüz saatlarında havanın hərarəti 25-27 dərəcə olsa da, axşam saat 10 radələrində güclü küləklə müşayiət olunan leysan və dolu başlayıb.
APA-nın yerli bürosu xəbər verir ki, təbii hadisə nəticəsində paytaxtın bir sıra mərkəzi küçələrini su basıb, avtomobillərin hərəkətində problem yaranıb.
Analoji hadisə ölkənin rayonlarında da baş verib. Qoridə yağan dolunun təsərrüfat sahələrinə zərər verdiyi bildirilir.
Əlverişsiz hava şəraiti hazırda davam edir.