• DÜNYA

    18:17 26 fevral 2019

Timoşenko Poroşenkoya qarşı impiçment proseduruna başladığını elan edib

Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko ölkə prezidenti Petro Poroşenkoya qarşı impiçment tələbi ilə çıxış edib.

ONA-nın Korrespondent.net-ə istinadən xəbərinə görə, Timoşenko bu tələbini Ali Radanın tribunasından səsləndirib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikaları üçün Rusiyadan qaçaqmal detalların gətirilməsinin jurnalistlər tərəfindən üzə çıxarılmasından sonra Poroçenkonun prezident vəzifəsində qalmağa haqqı yoxdur: “Bu işin başında prezidentin yaxın ətrafı durur. Bu hərəkətin adı Ukrayna vətəndaşı tərəfindən bilərəkdən törədilən dövlətə xəyanətdir. Bu, həmçinin düşmənlə əlbir olaraq, Ukrayna ordusunu məhv etməkdir”.

Timoşenko digər fraksiyalarla birlikdə prezidentin impiçmenti proseduruna başladıqlarını vurğulayıb.

Qeyd edək ki, Ukrayna Konstitusiyasına əsasən, prezident dövlətə xəyanət etdikdə və ya digər cinayətə yol verdikdə, parlament onu impiçment qaydasında vəzifəsindən kənarlaşdıra bilər.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR