Ukrayna prezidentliyinə namizəd, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko prezident seçkilərində qalib gələcəyi təqdirdə, hazırkı dövlət başçısı Petro Poroşenkonu cinayət məsuliyyətinə cəlb etməklə hədələyib.
ONA-nın məlumatına görə, bu barədə Y. Timoşenko Ukraynanın Lb.ua internet nəşrinə müsahibəsində bildirib.
“Mən vədimə əməl edəcək, onun üç dostunu həbs etdirəcəyəm. Əgər onlar Poroşenkonun əleyhinə ifadə versələr - onlar isə bunu mütləq edəcəklər - onda Poroşenko Cinayət Məcəlləsi üzrə cavab verəcək”, - deyə Timoşenko vurğulayıb.
Timoşenko Poroşenko və ətrafını korrupsiya cinayətlərində ittiham edib.
Ukraynada prezident seçkiləri bu il martın 31-də keçiriləcək. Dövlət başçısı postuna başlanğıcda 44 nəfər namizədliyini verib, sonradan isə onlardan 5-i namizədliyini geri götürüb.