Ukrayna prezidentliyinə “Batkivşina” partiyasında namizəd Yuliya Timoşenko, Kiyevin son 5 il ərzində Rusiya qazının alışını dayandırmadığını bildirib.
ONA-nın məlumatına görə, o bu barədə ICTV telekanalına açıqlamasında bəhs edib. Y.Timoşenko Ukrayna prezidenti Petro Poroşenkoda və baş nazir Vladimir Qroysmandan ölkənin “artıq 5 ildir rus qazından istifadə etmədiyini” eşitməyib.
Onun sözlərinə görə, o, Ukraynanın Rusiya qazında hələ də istifadə etdiyini sənədlərlə sübut edə bilər. Timoşenko “bu yalana görə hər kəsin cavab verəcəyini” vurğulayıb.