• DÜNYA

    13:20 10 aprel 2019

Tirana hava limanında 10 milyon avro oğurlanıb

Albaniyanın Tirana beynəlxalq hava limanında oğurluq hadisəsi baş verib.

ONA “Sputnik”ə istinadən xəbər verir ki, oğru dəstəsi havaya qalxmağa hazırlaşan Avstriya hava yollarına məxsus sərnişin təyyarəsindən 10 milyon avro dolu bir neçə çantanı oğurlayıb. Nəticədə sərnişinlər və ekipaj üzvlərindən xəsarət alan olmayıb.

Bildirilir ki, oğrular qaçmağa cəhd edərkən onlardan biri polis tərəfindən qətlə yetirilib. Məlumata görə, hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb, hava limanının təhlükəsizlik əməkdaşları daxil olmaqla 40 nəfər dindirilib. Hadisə ilə bağlı polis araşdırması davam edir.

Qeyd edək ki, bu, son illərdə Tirana hava limanında baş verən ilk oğurluq hadisəsi deyil.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR