Yaponiya Meteoroloji İdarəsi turistlər üçün populyar Xakon dağında və Ovakudani vadisində vulkan püskürməsi təhlükəsinin artdığını açıqlayıb.
ONA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, dünən bu rayonda 45 kiçik vulkanik zəlzələ qeydə alınıb.
Radiusu 1 km olan Ovakudani vadisi turistlərin ən çox maraq göstərdiyi məkanlardan biridir. Vadiyə gedən dağlıq yol bağlanıb. Eyni zamanda vadini Asi gölünü Xakon vulkanının krateri ilə birləşdirən kanat yolu da bağlanıb.
Hündürlüyü 1438 m olan Xakon vulkanı paytaxt Tokiondan 80 km uzaqlıqda yerləşir. Kraterdə bir neçə vulkanik yüksəklik və Asi gölü yerləşir. Xakon vulkanı sonuncu dəfə 1170-ci ildə püskürüb.