• DÜNYA

    10:10 10 oktyabr 2021

Tokioda qatarların hərəkəti dayanıb

Elektrik təchizatında yaranan problemlə əlaqədar Tokioda bir neçə dəmir yolu xəttində qatarların hərəkəti dayanıb.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, dəmir yolunun operatoru “JR East” şirkəti ən çox qatarın hərəkət etdiyi “Yamanote” dairəvi xətti daxil olmaqla, 8 dəmir yolu xəttində qatarların hərəkətinin dayandığını açıqlayıb.
İlkin məlumata görə, Yaponiya paytaxtında elektrik təchizatında yaranan problemin səbəbi Saytama əyalətindəki yarımstansiyada baş verən yanğındır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR