• DÜNYA

    07:16 12 mart 2020

Tom Henks və həyat yoldaşı koronavirusa yoluxub

Məşhur Hollivud aktyoru və həyat yoldaşı koronavirusa yoluxub.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Hollivudun məşhur ulduzu Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.

Bu barədə aktyor özünün "Twitter" səhifəsində yazıb. Kino çəkilişləri üçün Avstraliyada olan 63 yaşlı aktyor xəstəliyin simptomlarının göstərdiyini, bədənində üşütmə olduğunu bildirib. Bundan sonra isə testdən keçən aktyor və həyat yoldaşı koronavirusa yoluxduqlarını bildiriblər.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR