• DÜNYA

    23:31 10 may 2019

Torontoda təyyarə yanacaq daşıyan avtomaşınla toqquşub

Kanadanın Toronto şəhərinin Pirson hava limanında “Air Canada Jazz” aviaşirkətinə məxsus sərnişin təyyarəsinə yanacaq daşıyan yük maşını çırpılıb.

ONA-nın xəbərinə görə, bu barədə “CBC” radiosu məlumat yayıb.

Bildirilir ki, nəticədə 5 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hadisənin avtomobil sürücüsünün səhvi ucbatından baş verdiyi deyilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR