• DÜNYA

    11:46 16 iyun 2019

Tramp: 2020-ci ildə Prezident seçilməsəm, bazar çökəcək

Donald Tramp 2020-ci ildə növbəti müddətə Prezident seçilməyəcəyi təqdirdə ABŞ-ın iqtisadi böhranla üzləşəcəyini bəyan edib.

ONA-nın məlumatına görə, D. Tramp bunu "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

D. Tramp həyata keçirdiyi iqtisadi siyasətin rekordlar qırdığını və böyük perspektivlərə malik olduğunu qeyd edib: "Əgər məndən başqa kimsə 2020-ci ildə seçkilərdə qalib gəlsə, əvvəllər görünməmiş şəkildə bazar çökəcək. ABŞ-ı böyük saxlayın!".

Qeyd edək ki, D. Tramp 2016-cı ilin noyabrında Prezident seçilib, 2018-ci ildə ikinci müddət üçün Prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. D. Tpampın mümkün rəqibləri arasında Demokrat Partiyasından sabiq vitse-prezident Co Bayden var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR