• DÜNYA

    07:56 21 aprel 2020

Tramp ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmağı düşünür

ABŞ Prezidenti Donald Tramp aprelin 21-də yeni növ koronavirus pandemiyası ilə əlaqədar olaraq ABŞ-a immiqrasiyanı müvəqqəti olaraq dayandırmaq niyyətində olduğunu bildirib.

APA xəbər verir ki, amerikalı lider bu barədə özünün “Twitter” səhifəsində yazıb.

“Görünməz düşmənin işğalı, eləcə də gözəl Amerika vətəndaşlarımızın iş yerlərini qorumaq üçün ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmaq üçün bir sərəncam imzalayacağam!”, - deyə Vaşinqton administrasiyasının rəhbəri öz paylaşımında qeyd edib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR