Donald Tramp Səudiyyə Ərəbistanı koalisiyasının rəhbərliyi ilə Yəməndə husilərə qarşı aparılan hərbi əməliyyatlarda ABŞ-ın iştirakına son qoyulmasına dair Konqresin verdiyi qətnaməyə veto qoyub.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” Ağ Evin açıqlamasına istinadən məlumat yayıb.
“Bu qətnamə gərəkli deyil, çünki mənim konstitusiya səlahiyyətlərimin zəiflədilməsinə qarşı təhlükəli bir cəhddir. O, Amerika vətəndaşlarının və hərbi qulluqçularının həyatını həm indi, həm də gələcəkdə təhlükə altında qoymuş olur”, - Tramp belə deyib.