ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə elan edilmiş fövqəladə vəziyyətin ləğvinə dair Konqresin qətnaməsinə veto qoyub.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev rəhbəri cümə günü cənub sərhədindəki vəziyyəti şərh edərkən deyib.
Prezident sözügedən sənədi administrasiya nümayəndələrinin, ABŞ-ın vitse-prezidenti Maykl Pensin, ədliyyə naziri və baş prokuror Uilyam Barrın və daxili təhlükəsizlik naziri Kirsten Nilsenin iştirakı ilə imzalayıb.
“Konqresin bu qətnaməni qəbul etmək haqqı var, mənim borcum isə ona veto qoymaqdır”, - D.Tramp belə deyib.
Bununla yanaşı, ədliyyə naziri vurğulayıb ki, fövqəladə vəziyyət rejiminə dair prezidentin nizamnaməsi bütün qanunlara riayət edir.