• DÜNYA

    10:38 7 aprel 2020

Tramp ABŞ şirkətlərindən Boris Consonun müalicəsinə yardım etməyi xahiş edib

ABŞ Prezidenti Donald Tramp ölkənin dərman şirkətlərindən Böyük Britaniyanın Baş naziri Boris Consonun müalicəsinə yardım etməyi xahiş edib.

APA-nın BBC-yə istinadən xəbərinə görə, bu barədə Donald Tramp brifinqdə bildirib: "Mən iki aparıcı şirkətə müraciət etmişəm. Onlar indiyədək Ebola, QİÇS-lə bağlı müalicələr təqdim ediblər və inanılmaz işlər görüblər. Bu şirkətlərin həqiqətən çox yüksək səviyyəli müalicə metodları var".

ABŞ Prezidenti bildirib ki, bu şirkətlərin Londonda da ofisləri var: "Artıq Boris Consonun bütün həkimləri ilə əlaqə saxlamışıq. Gözləyək görək, hadisələr necə davam edir".

Qeyd edək ki, koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti pisləşdiyindən o, aprelin 6-da reanimasiya şöbəsinə yerləşdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR