• DÜNYA

    07:19 27 noyabr 2020

Tramp Ağ Evi hansı halda tərk edəcəyini deyib

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Seçicilər Kollegiyası (Electoral College), KİV-in hesablamalarına görə, seçkilərdə qalib gələn Co Baydenə səs verəcəyi təqdirdə Ağ Evi tərk edəcək.

APA xəbər verir ki, belə bir fikri Tramp jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.

“Əlbəttə ki, bunu siz onsuz da bilirsiniz”, - deyə Tramp jurnalistlərin müvafiq sualının cavabında deyib.

O, həmçinin əlavə edib ki, Seçicilər Kollegiyası Baydenə səs verəcəksə, o zaman “səhvə yol verəcəklər”.

Hazırkı prezident “məğlubiyyətini etiraf etməsinin onun üçün çox çətin olacağını” da etiraf edib və bir daha “kütləvi seçki saxtakarlığı” barədə ittihamlarını səsləndirib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR