ABŞ prezidenti Donald Tramp atası Fred Trampın doğulduğu yer haqqında danışarkən səhvə yol verib.
ONA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü zamanı D.Tramp Almaniyanın NATO büdcəsinə kifayət qədər kömək etmədiyini və bununla bərabər, bu ölkəyə dərindən hörmətlə yanaşdığını dilə gətirib.
“Mən kansler Angela Merkelə və bu ölkəyə dərin hörmət bəsləyirəm. Mənim atam da alman idi və Almaniyanın gözəl bir yerində doğulub. Mənim özümüm də Almaniyaya qarşı xoş duyğularım var”, - Tramp belə deyib.
Qeyri-məxfi mənbələrə görə isə, prezidentin atası F.Tramp Almaniyada deyil, Nyu-York ştatının Bronks şəhərində, Bavariya əsilli miqrant ailəsində anadan olub.