ABŞ Prezidenti Donald Tramp növbəti 30 gün ərzində Avropadan ABŞ-a olan bütün uçuşlara qadağa qoyub.
APA-nın verdiyi məlumata görə, Tramp bunun Britaniyadan olan uçuşlara şamil olunmadığını bildirib. ABŞ Prezidenti ölkənin yaşlı vətəndaşlarına səyahət etməməyi də tövsiyə edib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı yeni növ COVID-19 - koronavirus infeksiyasının pandemik olduğunu elan edib.