Tramp Baydenin andiçməsinə 4 saat qalmış Vaşinqtonu tərk edəcək
  • DÜNYA

  • 06:55 20 Yanvar 2021

Tramp Baydenin andiçməsinə 4 saat qalmış Vaşinqtonu tərk edəcək

Vəzifəsindən getməyə hazırlaşan ABŞ prezidenti Donald Tramp yeni seçilmiş prezident Cozef Baydenin andiçmə mərasimindən 4 saat əvvəl Vaşinqtonu tərk edəcək.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Donald Tramp və birinci xanım Melaniya Tramp inauqurasiyaya bir neçə saat qalmış, yəni səhər saat 8-də Floridaya gedəcəklər.

Qeyd edək ki, Tramp andiçmə mərasiminə qatılmayacağını bildirib.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR