• DÜNYA

    05:49 4 iyun 2019

Tramp Britaniya paytaxtına səfəri barədə təəssüratlarını paylaşıb

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya səfərinin London hissəsinin çox yaxşı getdiyini açıqlayıb.

ONA xəbər verir ki, bu barədə o, şəxsi “Twitter” səhifəsində yazıb.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlarla Böyük Britaniyanın münasibətləri çox möhkəmdir və Britaniya paytaxtının küçələrinə toplaşan könüllülər dəstəsi, amerikasevərlər kütləsi də buna şahidlik edir.

“Səfərin London hissəsi çox yaxşı gedir. Kraliça və bütün krallıq ailəsi çox möhtəşəmdir”, - Tramp belə yazıb.

ABŞ lideri onu da əlavə edib ki, küçələrdə onun səfərinə qarşı etiraz aksiyalarına rast gəlməyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR