• DÜNYA

    01:43 9 may 2019

Tramp bu dəfə İran metallurgiyasını hədəfə alıb, Suriya və MAR-a qarşı isə sanksiya müddəti uzadılıb

ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiya haqqında qərar verib.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, sanksiyaya əsasən, İranda dəmirin, poladın, alüminiumun və misin istehsalı və tədarükünə qarşı məhdudiyyətlər tətbiq olunacaq.

Ağ Ev tərəfindən yayılan açıqlamada qeyd olunur ki, “İran öz davranışlarını dəyişməyəcəyi təqdirdə” ona qarşı yeni sanksiyalar tətbiq ediləcək.

D.Tramp, həmçinin Suriyaya qarşı fövqəladə vəziyyət rejiminin, eləcə də bu ölkəyə qarşı sanksiya tətbiqinə dair müddətin daha bir 1 il uzadılması haqqında qərar verib. Onun bu qərarı Ağ Ev tərəfindən Konqresə də çatdırılıb.

Suriyaya qarşı fövqəladə vəziyyət rejimi 2004-cü ilin may ayından qüvvədədir.

Prezidentin digər qərarı ilə Mərkəzi Afrika Respublikasına qarşı tətbiq olunan sanksiyanın müddəti daha 1 il uzadılıb. Trampın sözlərinə görə, MAR-da hüquq-mühafizə orqanlarının böhranı, müxtəlif cəmiyyət qrupları arasında gərginlik, zorakılıq və vəhşiliklər qalmaqdadır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR