Donald Tramp iyun ayında Osakada keçiriləcək G20 sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Çzinpinlə görüşünü səbirsizliklə gözlədiyini bildirib.
ONA Rusiya KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidenrti bu açıqlamasını Ağ Evdə kənd təsərrüfatı nümayəndələri ilə görüşündə qeyd edib.
Tramp vurğulayıb ki, görüş zamanı çinli həmkarı ilə ticarət sahəsində ikitərəfli mübahisələri xüsusi olaraq müzakirə edəcək.
Çinlə razılığın əldə ediləcəyinə ümidvar olduğunu deyən ABŞ prezidenti diqqətə çatdırıb ki, sözügedən ölkə ilə ticarət sazişi bağlansa da, bağlanmasa da, bunun heç bir qorxusu yoxdur.